AFFA-nın nümayəndəsi “Barselona” - “Nyukasl” matçına təyinat alıb

18 Mart 2026 11:28
112
AFFA-nın nümayəndəsi “Barselona” - “Nyukasl” matçına təyinat alıb

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Blekere UEFA-dan təyinat alıb.

İdman.Biz milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) - “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

İdman.Biz