2028-ci il futbol üzrə Avropa çempionatının əsas oyunlarına ev sahibliyi edəcək şəhərlər və stadionlar açıqlanıb.
İdman.Biz xəbər verir ki, “AVRO 2028”in final mərhələsi 9 iyun - 9 iyul tarixlərində Birləşmiş Krallıq və İrlandiyada keçiriləcək.
UEFA-nın məlumatına görə, turnirin həm yarımfinalları, həm də finalı Londondakı əfsanəvi Uembli Stadionunda keçiriləcək. Açılış matçı Kardiffdəki arenada, İngiltərənin ilk matçı isə Mançesterdəki “Mançester Siti”nin ev oyunlarını keçirdiyi “Etihad” stadionunda keçiriləcək.
