“Börnli”nin müdafiəçisi Kayl Uoker İngiltərə milli komandasında karyerasını bitirdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, oyunçu 2011-ci ildən bəri “Üç aslan”da oynayır. Milli komandada 96 oyunda Uoker bir qol vurub və 10 məhsuldar ötürmə edib.
“Bunlar xatirələrdir. İngiltərədə oynamaq arzusunda deyilsən. Uşaqlıq klubun “Şeffild Yunayted”də oynamaq arzusunda ola bilərsən və bəlkə də bunun mümkün olduğunu düşünə bilərsən. Premyer Liqada qalib gəlməyi arzulaya bilərsən. Bu mümkündür. Amma öz ölkənin millisində oynamaq - az adam bunu etdiyini deyə bilər. Milli komandada karyeramı bitirdiyimi böyük qürurla elan edirəm.
Bəziləriniz sevinəcəksiniz. Bəziləriniz bir az kədərlənə bilər. Sadəcə təşəkkür etmək istəyirəm. Kapellodan tutmuş Hocson, Li Karsli, Qaret Sautqeyt və Tomasa (Tuxelə) qədər rəhbərliyi altında işlədiyim məşqçilərə arzumu gerçəkləşdirdikləri üçün ürəkdən təşəkkür etmək istəyirəm. Bu, keçmiş və hazırkı komanda yoldaşlarıma da aiddir, təşəkkür edirəm, sizə ən xoş arzularımı bildirirəm və azarkeşlərə demək istəyirəm: oğlanları dəstəkləməyə davam edin, onların sizə ehtiyacı var, ölkələrini qürurla təmsil edə bilmələri üçün onların yanında olmalısınız.
Ümid edirəm ki, indi azarkeş ola və onların bu dünya çempionatında böyük uğurlar qazandıqlarını izləyə bilərəm. Və sonuncu, ailəmə təşəkkür edirəm. Sizdən uzaqda olduğum bütün bu illər ərzində, arzumun arxasınca getmək və ölkəmi təmsil etmək üçün ayrıldığım bütün vaxtlarda mənə səbirli olduğunuz üçün təşəkkür edirəm.
Sadəcə demək istəyirəm ki, bu səhifə artıq bağlanıb və ürəyimin dərinliyindən demək istəyirəm ki, bu, çox maraqlı bir səyahət idi, amma mən həqiqətən də bundan çox, çox zövq aldım”, - deyə Uoker sosial mediada yazıb.
