Ueyn Runi “Mançester Yunayted”in üç ən qəribə transferini deyib

Xəbərlər
12 Noyabr 2025 05:05
25
Ueyn Runi “Mançester Yunayted”in üç ən qəribə transferini deyib

“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş oyunçusu Ueyn Runi, Cim Retkliff və İNEOS-un gəlişindən əvvəl klubun ən qəribə üç transferini sadalayıb.

İdman.Biz bildirir ki, Premyer Liqanın 11 turundan sonra “Mançester Yunayted”in 18 xalı var və turnir cədvəlində yeddinci yerdədir.

“Mançester Yunayted"in transfer siyahısı ötən yaya qədər dəhşətli idi. Onlar yalnız böyük adları - Lukaku, Zlatan, Poqbanı - cəlb etdilər. Bu üçü yaxşı oyunçulardır, amma seçim çox qəribə idi, çünki onlar investisiyanı doğrultmadılar. Bu səhvləri düzəltmək üçün vaxt lazım olacaq”, - deyə Goal.com saytı Runinin sözlərini sitat gətirir.

İdman.Biz