İngiltərə Premyer Liqasının 11-ci turunun “Sanderlend” və “Arsenal” arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Sanderlenddəki “Stadium of Light” stadionunda oynayıblar.
36-cı dəqiqədə “Sanderlend”in müdafiəçisi Daniel Ballard hesabı açıb. 54-cü dəqiqədə “Arsenal”ın cinah oyunçusu Bukayo Saka bərabərlik qolunu vurub. 74-cü dəqiqədə “Arsenal”ın belçikalı yarımmüdafiəçisi Leandro Trossard qonaqları irəli çıxarıb. 90+4-cü dəqiqədə hücumçu Brayan Brobbi bərabərlik qolunu vurub – 2:2.
“Arsenal” 26 xalla Premyer Liqada birinci yerdədir. İkinci yerdəki “Mançester Siti” ilə aralarında yeddi xal fərqi var.
“Sanderlend” 19-cu xalını qazanaraq “Mançester Siti”yə çatıb.
