“Pari Sen-Jermen”in (PSJ) gürcü cinah oyunçusu Xviça Kvaratsxeliya “Napoli”dən Paris klubuna keçməsinin səbəbləri barədə danışıb.
İdman.Biz xəbər verir ki, Kvaratsxeliya 2025-ci ilin yanvar ayında PSJ-yə qoşulub.
“Başqa seçimlərim də var idi, amma Luis Enrike və Luis Kamposun PSJ layihəsini təqdim etmə tərzi məndə böyük təəssürat yaratdı. Tərəddüd etmədən razılaşdım. PSJ-yə qoşulmağı xəyal edirdim və klub nümayəndələri mənimlə əlaqə saxlayanda həqiqətən də dünya səviyyəli oyunçu olduğumu anladım”, - deyə “Le Parisien” qəzeti Kvaratsxeliyadan sitat gətirir.
Bu mövsüm 25 yaşlı futbolçu bütün yarışlarda 34 oyunda meydana çıxıb, doqquz qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt onu 90 milyon avro dəyərində qiymətləndirir.
