Maktominey yayda Mançesteri tərk etməyib

Xəbərlər
11 Dekabr 2023 21:26
97
Maktominey yayda Mançesteri tərk etməyib

Skott Maktominey yayda “Mançester Yunayted”i tərk edə bilərmiş.

İdman.biz xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.

Şotlandiyalı yarımmüdafiəçi baş məşqçi ilə müzakirələrdən sonra komandada qalıb. Onu baş məşqçi Erik Ten Haaq fikrindən daşındırıb. “Söz-söhbət həmişə olub. Mənim üçün əsas məsələ var güclə məşq etməkdir. Baş məşqçinin mənə etimadı böyük idi və indi borcumu ödəmək istəyirəm”, - deyə Skott açıqlamasında bildirib.

Qeyd edək ki, Maktominey klubun yetirməsidir və 2017-ci ildən komandanın əsas heyətində çıxış etməyə başlayıb. 27 yaşlı futbolçu “qırmızı şeytanlar”ın heyətində 226 oyunda 25 qol vurub.

İdman.biz