Mareska “Qarabağ”la oyunda zədə almış Laviyanın vəziyyətindən danışıb

Xəbərlər
6 Noyabr 2025 21:45
30
Mareska “Qarabağ”la oyunda zədə almış Laviyanın vəziyyətindən danışıb

“Çelsi”nin baş məşqçisi Entso Mareska Çempionlar Liqasının dördüncü turunda “Qarabağ”la oyunda zədələnən yarımmüdafiəçi Romeo Laviyanın vəziyyəti ilə bağlı danışıb.

İdman.Biz bildirir ki, matç 2-2 hesabı ilə başa çatıb və belçikalı səkkizinci dəqiqədə meydanı tərk edib.

“Bu, xüsusilə onun üçün çox məyusedicidir. O, uzun müddət sıradan çıxacaq. Zədənin nə olduğunu demək üçün hələ tezdir, amma ümid edirəm ki, ciddi deyil”, - deyə Mareska “Çelsi”nin rəsmi saytında bildirib.

2023-cü ildə “Sauthempton”dan London klubuna keçəndən bəri Laviya ümumilikdə səkkiz zədə alıb və 495 gün meydandan kənar qalıb və 77 oyunu buraxıb.

İdman.Biz