“Tottenhem”də baş məşqçi dəyişikliyi gündəmdə: Slot namizədlər arasındadır

10 Oktyabr 2026 18:28
82
“Tottenhem”də baş məşqçi dəyişikliyi gündəmdə: Slot namizədlər arasındadır

“Tottenhem” futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi postuna Arne Slotun namizədliyini nəzərdən keçirə bilər.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, London klubu Roberto De Dzerbini niderlandlı mütəxəssislə əvəzləmək imkanını araşdırır.

Slot daha əvvəl də “Tottenhem”in baş məşqçi postuna namizədlər arasında olub. Onun adı 2023-cü ildə Angelos Postekoqlunun təyinatından əvvəl bu vəzifəyə iddiaçılar sırasında yer alıb.

Premyer Liqanın ilk beş turunda cəmi iki xal toplayan “Tottenhem” turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

London təmsilçisi növbəti oyununu bu gün səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək. Qarşılaşma “Old Trafford” stadionunda baş tutacaq.

İdman.Biz