“Bunu Zelimə və bütün Azərbaycana hörmətimi göstərmək üçün etdim” - Tato Qriqalaşvilinin İDMAN.BİZ-ə AÇIQLAMASI

7 Oktyabr 2026 21:21
231
“Bunu Zelimə və bütün Azərbaycana hörmətimi göstərmək üçün etdim” - Tato Qriqalaşvilinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Dördqat dünya çempionu, gürcüstanlı cüdoçu Tato Qriqalaşvili Bakıda keçirilən dünya çempionatının finalında Azərbaycanı təmsil edən Zelim Tçkayev üzərində qazandığı qələbəni şərh edib.

Qriqalaşvili İdman.Biz-in sualını cavablandırarkən qələbəsinin səbəblərindən birinin yüksək motivasiya olduğunu bildirib.

“Ardıcıl üç dünya çempionatında qalib gəldim, sonra isə gümüş medal qazandım. Dünya çempionu titulunu geri qaytarmaq üçün motivasiyam var idi. Ona görə də qalib gəldim”, - deyə o izah edib.

Qriqalaşvili bugünkü Tçkayevlə görüşünün əvvəlki qarşılaşmalarının hamısından daha çətin olduğunu vurğulayıb.

Gürcüstanlı cüdoçu görüşdən sonra Tçkayevə sarılaraq onun əlini qaldırdığı anı belə şərh edib:

“Bunu Zelimə - bu böyük cüdoçuya hörmətimi göstərmək üçün etdim. Bu jest ona və bütün Azərbaycana hörmətimin ifadəsi idi. Bakıda belə yüksək səviyyəli final keçirdiyi üçün Zelimə çox sağ ol deyirəm. Bu, fantastik final idi”.

İdman.Biz