“Bavariya” Almaniya Bundesliqasının beşinci turunda “Augsburq”la səfər oyununda start fitindən cəmi altı saniyə sonra qol buraxıb.
İdman.Biz xəbər verir ki, Manuel Noyerin səhvindən sonra vurulan qol Bundesliqa tarixinin ən erkən qolu olub.
Görüşün əvvəlində komanda yoldaşından ötürmə alan Noyer topu düzgün qəbul edə bilməyib və özündən uzağa buraxıb. Qapıçı topu uzaqlaşdırmağa çalışarkən rəqib futbolçunu nişan alıb. Bundan sonra “Augsburq”un yarımmüdafiəçisi Robin Fellhauer boş qapı qarşısında qalaraq hesabı açıb.
