“Real Madrid” futbolçuları arasında, eləcədə komandanın daxilində ab-hava ötən mövsümlə müqayisədə yaxşılaşıb.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, kluba yaxın mənbələr milli komandaların oyunları ilə əlaqədar fasilədən əvvəl “Atletiko”ya məğlubiyyətdən sonra yeni gərginliyin yaranması barədə iddiaları rədd ediblər. Bununla belə, komandanın meydandakı çıxışı ilə bağlı narahatlıq qalır.
Məlumata görə, Kilian Mbappe ilə Vinisius Juniorun meydandan kənar münasibətləri yaxşıdır. Mənbələrdən biri problemin onların oyununda olduğunu bildirib. Onun sözlərinə görə, Mbappe ilə Vinisiusun meydandakı fəallığı bir-birindən asılıdır: biri müdafiəyə kömək etmək üçün az səy göstərdikdə, digəri də eyni cür davranır.
Baş məşqçi Joze Mourinyo Mbappenin istirahət zamanı velosiped sürməsi ətrafında yaranan müzakirələri absurd adlandırıb və hücumçunun “Vilyarreal”la oyuna start heyətində çıxacağını təsdiqləyib.
Mənbələr Mourinyonun komandadan müdafiədə daha yaxşı oyun və hücumda daha kəsərli çıxış gözlədiyini bildiriblər. Lakin uğursuz nəticələrin davam etməsi komandadaxili ab-havanı qısa müddətdə dəyişə bilər.
