“RB Leypsiq” altı qolla qalib gəldi, “Bavariya” “Augsburq”la heç-heçə edib - YENİLƏNİB + VİDEO

10 Oktyabr 2026 22:55
737
“RB Leypsiq” altı qolla qalib gəldi, “Bavariya” “Augsburq”la heç-heçə edib

“RB Leypsiq” Almaniya Bundesliqasının beşinci turunda doğma meydanda Frankfurt “Ayntraxt”ına 6:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Kristofer Nkunku het-trik edib. Digər qolları Ezekiel Banzuzi, Antonio Nusa və Tidiam Qomis vurublar.

Bu qələbə ilə “Leypsiq” turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Ayntraxt” isə 13-cü yerə geriləyib.

19:56

“Bavariya” futbol üzrə Almaniya çempionatının beşinci turunda “Augsburq”la səfər oyununda məğlubiyyətdən xilas olub - 2:2.

İdman.Biz xəbər verir ki, qarşılaşma bu gün “Augsburq”un “VVK Arena” stadionunda keçirilib.

Meydan sahiblərinin heyətində Robin Fellhauer və Rodriqu Ribeyru fərqləniblər. “Bavariya”nın qollarını isə İsmayıl Saybari və Nataniel Braun vurublar. Hər iki məhsuldar ötürmənin müəllifi Harri Keyn olub.

Paralel keçirilən görüşdə “Bayer” səfərdə “Maynts”ı 4:3 hesabı ilə məğlub edib. Qarşılaşma “Maynts”ın “MEVA Arena” stadionunda baş tutub.

Meydan sahiblərinin heyətində Antoni Kasi dubl edib, Benedikt Hollerbax isə bir qol vurub. Qonaqlardan Robert Andrix, Patrik Şik, Carell Kuansa və Mussa Diabi fərqləniblər.

Digər oyunlarda “Union” “Elversberq”ə 1:0 hesabı ilə qalib gəlib, “Hoffenhaym” “Hamburq”a 2:3 hesabı ilə uduzub, “Ştutqart” isə səfərdə “Paderborn”u 2:0 hesabı ilə üstələyib.

İdman.Biz