Halandın Çempionlar Liqasında qollarının sayı oyunlarından çoxdur

Xəbərlər
6 Noyabr 2025 20:47
34
Halandın Çempionlar Liqasında qollarının sayı oyunlarından çoxdur

“Mançester Siti”nin 25 yaşlı hücumçusu Erlinq Haland Çempionlar Liqasının ən yaxşı 100 bombardiri arasında oynadığı oyunlardan daha çox qol vuran yeganə oyunçudur.

İdman.Biz bildirir ki, norveçli hücumçu yarışda 52 oyun keçirib və 54 qol vurub.

Haland hazırda Çempionlar Liqasının bütün zamanların bombardiri siyahısında doqquzuncu yerdədir. “Mançester Yunayted” və “Real Madrid”in keçmiş hücumçusu Rud van Nistelroy 73 oyunda 56 qol vuraraq səkkizinci yerdədir.

Turnirin hazırkı mövsümündə norveçli dörd oyunda beş qol vurub.

İdman.Biz