“Mançester Siti”nin hücumçusu Erlinq Haland üç fərqli komandada ardıcıl beş Çempionlar Liqası oyununda qol vuran ilk oyunçu olub.
İdman.Biz bildirir ki, Haland Çempionlar Liqasının 4-cü turunda “Borussiya Dortmund” üzərində 4-1 hesablı qələbə qazanılan oyunda qol vuraraq Çempionlar Liqasındakı qol seriyasını beş matça çatdırıb.
O, əvvəllər “Borussiya” (2020/21) və “RB Zalsburq” (2019/2020) ilə analoji qol seriyasına imza atıb.
Haland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsi 2034-cü ilə qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 18 oyun keçirib, 21 qol vurub və iki məhsuldar ötürmə edib.
