Çempionlar Liqasının 4-cü turunda “Nyukasl Yunayted” “Atletik Bilbao” ilə üz-üzə gəlib.
İdman.Biz bildirir ki, İngiltərədə keçirilən oyunda meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Den Börn 11-ci dəqiqədə meydan sahiblərini irəli çıxarıb, Joelinton isə 49-cu dəqiqədə fərqi iki topa çatdırıb.
Bu oyundan sonra “Nyukasl Yunayted” doqquz xal toplayıb. “Atletik Bilbao”nun isə üç xalı var.
Növbəti oyun günündə “Nyukasl” noyabrın 25-də “Marsel”lə, “Atletik” isə həmin gün “Slaviya Praqa” ilə qarşılaşacaq.
