Türkiyə Superliqası: Lider “Qalatasaray” xal itkisinə yol verib

Xəbərlər
1 Noyabr 2025 23:22
33
Türkiyə Superliqası: Lider “Qalatasaray” xal itkisinə yol verib

Futbol üzrə Türkiyə Superliqasında XI turun oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Qalatasaray” öz meydanında “Trabzonspor”u qəbul edib.

Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra İstanbul klubu 29 xalla 1-ci, Trabzon təmsilçisi isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XI turun mərkəzi görüşü noyabrın 2-də “Beşiktaş”la “Fənərbaxça” arasında keçiriləcək.

İdman.Biz