“Mançester Yunayted” “Nottingem” qarşısında məğlubiyyətdən yaxa qurtarıb - VİDEO

Xəbərlər
1 Noyabr 2025 21:26
39
“Mançester Yunayted” “Nottingem” qarşısında məğlubiyyətdən yaxa qurtarıb - VİDEO

İngiltərə Premyer Liqasında “Nottingem Forest” və “Mançester Yunayted” arasında keçirilən oyun 2-2 hesabı ilə başa çatıb.

Oyun “Siti Qraund”da (Nottingem) baş tutub.

34-cü dəqiqədə Kazemiro qonaqların heyətində hesabı açıb. 48-ci dəqiqədə Morqan Gibbs-Uayt, 50-ci dəqiqədə isə Nikolo Savona ev sahibi komandanın qollarını vurublar. 81-ci dəqiqədə Amad Diallo hesabı bərabərləşdirib.

Bu oyundan sonra “Nottingem Forest” turnir cədvəlində altı xalla 18-ci, “Mançester Yunayted” isə 17 xalla beşinci yerdədir.

Növbəti turda “Forest” 9 noyabrda öz meydanında “Lids Yunayted”i qəbul edəcək, “qırmızı şeytanlar” isə 8 noyabrda səfərdə “Tottenhem Hotspur”la qarşılaşacaqlar.

İdman.Biz