İtaliya A Seriyasının 10-cu turunun “Napoli” və “Komo” komandaları arasında keçirilən oyun başa çatıb. Komandalar “Dieqo Armando Maradona” stadionunda (Neapol) oynayıblar.
İdman.Biz bildirir ki, oyun 0-0 hesablı heç-heçə ilə başa çatıb.
26-cı dəqiqədə qonaqların hücumçusu Alvaro Morata hesabı aça bilərdi, amma ispaniyalı penaltidən yararlana bilməyib.
10 oyundan sonra “Napoli” 22 xalla Seriya A turnir cədvəlində birinci yerdədir. “Komo” 17 xalla İtaliya çempionatında beşinci yerdədir.
Turun digər oyununda “Udineze” “Atalanta”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə qurtarıb – 1:0. Yeganə qolu Nikolo Zaniolo (40) vurub.
“Udineze” 15 xalla 8-ci yerdədir. “Atalanta” 13 xalla 10-cudur.
