Almaniya Bundesliqasının doqquzuncu turunda “Bavariya” “Bayer”i qəbul edib.
İdman.Biz bildirir ki, oyunda “Bavariya” 3-0 hesabı ilə qələbə qazanıb.
Hesabı 25-ci dəqiqədə Serj Qnabri açıb, 31-ci dəqiqədə Nikolas Cekson komandasının üstünlüyünü ikiqat artıdıb, 44-cü dəqiqədə isə Luak Bade öz qapısına qol vurdu – 3:0.
Bu oyundan sonra “Bavariya” 27 xalla birinci, “Bayer” isə 17 xalla beşinci yerdədir.
Növbəti turda Münhen komandası 8 noyabrda səfərdə “Union”la, “Bayer” isə həmin gün evdə “Haydenhaym”la qarşılaşacaq.
