Bu gün “Qarabağ” klubu Misli Premyer Liqasının X turuna start verilir.
İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda X turda “İmişli” ilə üz-üzə gələcək.
Qarşılaşma “Azərsun Arena”da, saat 17:00-da start götürəcək.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci pillədə qərarlaşıb. “İmişli” 12 xalla yeddincidir.
Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    