Misli Premyer Liqası: Karvan-Yevlax” “Zirə” ilə üz - üzə

Xəbərlər
1 Noyabr 2025 09:09
49
Misli Premyer Liqası: Karvan-Yevlax” “Zirə” ilə üz - üzə

Bu gün Misli Premyer Liqasının X turunun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, Şamaxı şəhər stadionunda “Karvan-Yevlax” “Zirə”ni qəbul edəcək.

Saat 14:00-da başlanacaq matçın baş hakimi Kamranbəy Rəhimov olacaq.

”Zirə” 16 xalla 3-cü, “Karvan-Yevlax” 5 xalla 11-ci yerdə gedir. Bu komandalar ilk dəfə üz-üzə gələcəklər.

Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr

14:00. “Karvan-Yevlax” - “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu

Qeyd edək ki, açılış oyununda “Qarabağ” “İmişli”yə qalib gəlib - 2:0. Turun qalan oyunları 2-3 noyabrda keçiriləcək.

İdman.Biz