“Çelsi” minimal hesabla “Tottenhem”ə qalib gəlib - VİDEO

Xəbərlər
1 Noyabr 2025 23:47
44
“Çelsi” minimal hesabla “Tottenhem”ə qalib gəlib - VİDEO

İngiltərə Premyer Liqasının 10-cu turunda “Tottenhem Hotspur” və “Çelsi” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, “Çelsi” oyunda 1-0 hesabı ilə qələbə qazanıb. Qarşılaşma Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub.

Matçın yeganə qolunu 34-cü dəqiqədə Joao Pedro vurub.

Bu oyundan sonra “Tottenhem Hotspur” üçüncü, “Çelsi” isə dördüncü yerdədir. Hər iki komandanın 17 xalı var.

Növbəti turda “Tottenhem” 8 noyabrda “Mançester Yunayted”i qəbul edəcək, “Çelsi” isə həmin gün evdə “Vulverhempton”la qarşılaşacaq.

İdman.Biz