Liqa 1: “Monako” öz meydanında “Paris”ə uduzub

Xəbərlər
2 Noyabr 2025 00:11
37
Liqa 1: “Monako” öz meydanında “Paris”ə uduzub

Fransa Liqa 1-in 11-ci turunda “Monako” və “Paris” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Monakoda “Stad Lui II” stadionunda oynayıblar.

Qonaqlar meydançadan 1:0 hesablı qələbə ilə ayrılıblar.

53-cü dəqiqədə “Paris” yarımmüdafiəçisi Mozes Simon yeganə qolu vurub.

“Monako” Liqa 1-in turnir cədvəlində 20 xalla ikinci yerdədir və lider PSJ-dən dörd xal geridədir. “Paris” 14 xalla 10-cu yerə yüksəlib.

İdman.Biz

Məqalədə: