Xabi Alonso sızmalar səbəbindən start heyətini oyunçulara əvvəlcədən demir

Xəbərlər
30 Oktyabr 2025 07:01
42
Xabi Alonso sızmalar səbəbindən start heyətini oyunçulara əvvəlcədən demir

Xabi Alonso “Real Madrid”in geyinib-soyunma otağından mediaya sızmaların qarşısını almağa çalışır.

Bu barədə İdman.Biz “The Athletic”ə istinadən məlumat verir.

Məlumata görə, Madrid klubunun məşqçi heyəti komandanın geyinib-soyunma otağının mətbuata heç bir şeyin sızmadığı “təhlükəsiz yer” olması üçün oyunçulardan məxfiliyə riayət etməyi tələb edib.

Baş məşqçi Xabi Alonso oyunçularına start heyətini əvvəlcədən açıqlamağı dayandırıb.

Qeyd edək ki, əvvəlki sızmalar Madrid komandasını start heyətini oyunun başlamasından bir neçə saat əvvəl açıqlamağa məcbur edib.

İdman.Biz