Liqa 1: “Mets” “Lans”dan üstün olub

Xəbərlər
30 Oktyabr 2025 00:25
26
Liqa 1: “Mets” “Lans”dan üstün olub

Fransa Liqa 1-in 10-cu turunda “Mets” və “Lans” qarşılaşıblar.

İdman.Biz bildirir ki, görüşdə 2-0 hesabı ilə “Mets” qələbə qazanıb.

Qotye En 87-ci dəqiqədə penaltidən dəqiq istifadə edib və 90+1-ci dəqiqədə ikinci qolunu vurub. 90+2-ci dəqiqədə En ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu oyundan sonra “Mets” Fransanın yüksək divizionunun turnir cədvəlində beş xalla sonuncu 18-ci yerdə, “Lans” isə 19 xalla ikinci yerdədir.

Növbəti turda “Mets” “Nant”la, “Lans” isə “Loryan”la qarşılaşacaq.

İdman.Biz

Məqalədə: