Premyer Liqada yeni lider: “Liverpul” “Arsenal”ı qabaqlayıb - VİDEO

Xəbərlər
9 Dekabr 2023 23:31
176
Premyer Liqada yeni lider: “Liverpul” “Arsenal”ı qabaqlayıb - VİDEO

İngiltərə Premyer Liqasının 16-cı turunda lider dəyişib.

İdman.biz xəbər verir ki, “Liverpul” 1-ci pilləyə yüksəlib.

Yurgen Kloppun yetirmələri səfərdə əzimkar qələbə qazanıblar. “Liverpul” son dəqiqələrdə iki qol vuraraq, 3 xal qazanıb. Lider “Arsenal” isə səfərdə “Aston Villa”ya uduzub. Ötən turda “Mançester Siti” 1:0 hesabı ilə məğlub edən Birmingem klubu bu dəfə eyni hesabla qalib gəlib. Iki güclü rəqibindən güclü olan Unai Emerinin komandası 3-cü pilləyə yüksəlib. “Arsenal” liderdən 1, “Aston Villa” 2 xal geri qalır.

“Mançester Yunyated” öz meydanında darmadağın olub. “Bornmut” “qırmızı şeytanlar”ın qapısından 3 cavabsız top keçirib.

İngiltərə Premyer Liqası
16-cı tur

Kristal Pelas – Liverpul – 1:2
Brayton – Bernli – 1:1
Mançester Yunyated – Bornmut – 0:3
Şeffild Yunayted – Brentford – 1:0
Vulverhempton – Nottingem – 1:1
Aston Villa – Arsenal – 1:0

İdman.biz