Valverdenin hansı müddətə sıradan çıxdığı məlum olub

22 Sentyabr 2026 16:08
33
Valverdenin hansı müddətə sıradan çıxdığı məlum olub

İspaniyanın “Real Madrid” futbol klubunun futbolçusu Federiko Velverde zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

İdman.Biz xəbər verir ki, bu barədə İspaniya KİV-i məlumat yayıb.

Futbolçunun son müayinəsinin nəticələrinə əsasən, onun sol topuğunda üçüncü dərəcəli dartılma aşkarlanıb.

Belə zədələr zamanı bərpa müddəti adətən 12 həftəyədək davam edir.

Bu isə Valverdenin təxminən 2-3 ay oyunlardan kənarda qala biləcəyi anlamına gəlir.

Qeyd edək ki, İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçisi Federiko Valverde La Liqanın yeddinci turunda “Atletiko” ilə keçirilən oyunda zədələnib.

İdman.Biz