Türkiyənin “Qalatasaray” futbol komandasının sabiq hücumçusu Mauro İkardi Argentinada avtomobil idarə etməkdən müvəqqəti məhrum edilib.
İdman.Biz xəbər verir ki, Argentina Nəqliyyat Nazirliyi futbolçunun avtomobil idarə etdiyi görüntülərin yayılmasından sonra onun sürücülük vəsiqəsi ilə bağlı məlumatları yoxlayıb.
Araşdırma zamanı İkardinin sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatdığı müəyyənləşib. Onun qeydiyyatında avtomobil idarəetmə qadağasının bitmə tarixi kimi 2099-cu il göstərilib.
Lakin bu, argentinalı futbolçunun 73 il avtomobil idarə edə bilməyəcəyi anlamına gəlmir. Məlumata görə, 2099-cu il sistemdə müvəqqəti məhdudiyyəti göstərmək üçün qeyd olunub. İkardi sürücülük vəsiqəsini yenilədikdən sonra qadağanın statusuna yenidən baxılacaq.
Hadisə zamanı avtomobildə olan Euxeniya “La China” Suaresin də təhlükəsizlik kəmərini çıxararaq maşın hərəkətdə olarkən bədəninin böyük hissəsini pəncərədən çölə çıxardığı bildirilir.
