“Mançester Yunayted” qış transfer pəncərəsində danimarkalı hücumçu Rasmus Hoylundu “Napoli”yə satmağı düşünür.
İdman.Biz bu barədə “Mirror” istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, ingilis klubu hücumçu üçün 38 milyon funt sterlinq (43 milyon avro) almaq niyyətindədir.
Onun “Napoli” komandasına icarəyə verilməsi şərtlərinə 44 milyon avroluq satın alma variantı daxildir, lakin “qırmızı şeytanlar” müqaviləni ən qısa müddətdə yekunlaşdırmağa can atırlar. Danışıqlar yaxın həftələrdə aparılacaq.
Bu mövsüm Hoylund klubda və Danimarka millisində 12 oyunda səkkiz qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.
