“Mançester Yunayted”in və Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro yoldaşlıq görüşündə Yaponiya millisinə məğlubiyyəti şərh edib.
İdman.Biz bildirir ki, Braziliya iki top üstünlüyü əldən verib və yaponlara 3:2 hesabı ilə məğlub olub.
“Biz 45 dəqiqə ərzində bütün səylərimizi boşa verdik. Ona görə də bu, bizə dərs olsun: dünya çempionatı artıq buradadır. İstər Yaponiyaya, istərsə də başqasına qarşı yüksək səviyyədə oynamalıyıq. Çünki 45 dəqiqə sizin uşaqlıq arzularınızı puça çıxara bilər”.
Daha əvvəl oktyabrın 10-da keçirilən təlim-məşq toplanışı çərçivəsində Braziliya millisi Cənubi Koreyanı 5:0 hesabı ilə məğlub edib.