David Alabanın yeni klubu bəlli oldu

24 Sentyabr 2026 17:25
53
David Alabanın yeni klubu bəlli oldu

Avstriyalı müdafiəçi David Alaba “Udineze” futbol klubu ilə müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

“Qara-ağ rənglərdə çempion! David Alaba “Udineze”nin yeni futbolçusudur. Təcrübə, liderlik keyfiyyətləri və dünya futbolunun ən yüksək səviyyəsində keçmiş karyera. Udineyə xoş gəlmisən, David!” – klubun mətbuat xidməti yazıb.

Daha əvvəl KİV “Roma” və “Latsio”nun, həmçinin İspaniyanın “Barselona” klubunun da Alabanın xidmətində maraqlı olduğunu bildirmişdi. “Transfermarkt” internet portalı Alabanın bazar dəyərini 3 milyon avro qiymətləndirir.

Alaba 2021-2026-cı illərdə “Real Madrid”də çıxış edib. Bu müddətdə müdafiəçi bütün turnirlərdə 132 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

İdman.Biz
Məqalədə: