“İnter Mayami”nin 39 yaşlı hücumçusu Lionel Messi klubla yeni müqavilə barədə danışıqlar aparmır.
İdman.Biz "The Touchline"yə istinadən xəbər verir ki, hazırda tərəflər argentinalı futbolçunun gələcəyi ilə bağlı heç bir müzakirə aparmırlar.
Messinin “qaranquşlar”la hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. Müqavilənin şərtlərinə dəyişikliklər edilə bilər, lakin hazırda buna ehtiyac olmadığı düşünülür.
Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. 39 yaşlı futbolçu cari mövsümdə Florida klubunun heyətində keçirdiyi 28 oyunda 24 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Oktyabrın 6-da Messinin Argentina millisində vida oyunu keçiriləcək.
