“Real Madrid” “Yuventus”un müdafiəsinin lideriylə maraqlanır

Xəbərlər
3 Oktyabr 2025 06:15
32
“Real Madrid” “Yuventus”un müdafiəsinin lideriylə maraqlanır

“Real Madrid” “Yuventus”un müdafiəçisi Bremerlə maraqlanır.

İdman.biz “Defensa Central”a istinadla xəbər verir ki, braziliyalı futbolçu “Kral klubu”nun baş skautu Yuni Kalafatın siyahısındadır.

Mənbənin məlumatına görə, oyunçunun qiyməti “Kral klubu”na potensial transfer üçün maneə ola bilər. “Yuventus” Bremeri 60 milyon avro dəyərində qiymətləndirir. Lakin “Real Madrid” 28 yaşlı müdafiəçi üçün o qədər də pul ödəməyə hazır deyil. Qeyd olunur ki, ingilis klubları "Yuventus"a tələb olunan qiyməti ödəyə bilərlər.

Bu mövsüm Bremer bütün turnirlər üzrə beş matçda meydana çıxıb, iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

İdman.biz