Konfrans Liqasının ilk turunda Kiyev “Dinamo”su “Kristal Pelas”a məğlub olub.
İdman.biz bildirir ki, Polşanın Lüblin şəhərində keçirilən görüş 2:0 hesabı ilə ingilis klubunun xeyrinə başa çatıb.
Qolları Daniel Munyos (31-ci dəqiqə) və Eddi Nketiah (58-ci dəqiqə) vurub.
76-cı dəqiqədə “Kristal Pelas”ın müdafiəçisi Borna Sosa ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Növbəti turda, oktyabrın 23-də Aleksandr Şovkovskinin yetirmələri səfərdə Türkiyənin “Samsunspor” klubu ilə qarşılaşacaq. “Kristal Palas” həmin gün Kiprin “AEK Larnaka” klubunu qəbul edəcək.
Konfrans Liqasının hazırkı qalibi "Çelsi"dir.