Almaniyada “Sabah”ın Dortmund “Borussiya”sına qarşı şansları dəyərləndirilib

19 Oktyabr 2026 09:32
142
Almaniyada “Sabah”ın Dortmund “Borussiya”sına qarşı şansları dəyərləndirilib

Almaniyanın “N-tv” nəşri Çempionlar Liqasında “Sabah” və Dortmund “Borussiya”sı arasında keçiriləcək oyunla bağlı təhlil dərc edib.

İdman.Biz xəbər verir ki, almaniyalı jurnalistlər qarşılaşma öncəsi Niko Kovaçın rəhbərlik etdiyi komandanın üzləşdiyi çətinliklərə diqqət yetiriblər.

Yazıda “Borussiya”nın son üç matçda qələbə qazana bilmədiyi vurğulanır. Bununla yanaşı, “Sabah”ın məhsuldar oyunu qeyd olunur və Azərbaycan təmsilçisinin Almaniya klubunun müdafiəsinə problemlər yarada biləcəyi bildirilir.

Dortmund təmsilçisinin uğursuz seriyasına baxmayaraq, nəşr qarşıdakı görüşün favoriti kimi “Borussiya”nı göstərir.

Beləliklə, Almaniyada “Sabah”ın daha güclü rəqibinə müqavimət göstərə biləcəyi istisna olunmur, lakin üstünlük qonaqlara verilir.

İdman.Biz