Bu gün Avropanın aparıcı futbol çempionatlarında növbəti oyunlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün ən diqqətçəkən qarşılaşması Türkiyə Superliqasında baş tutacaq. “Trabzonspor” doğma meydanda “Beşiktaş”ı qəbul edəcək.
İngiltərə Premyer Liqasında “Tottenhem” “Koventri Siti” ilə üz-üzə gələcək. İspaniya La Liqasında isə “Xetafe” və “Rayo Valyekano” münasibətlərinə aydınlıq gətirəcəklər.
İtaliya A Seriyasında iki görüş nəzərdə tutulub. “Montsa” “Kalyari”ni, “Parma” isə “Torino”nu qəbul edəcək.
19 oktyabrın oyun proqramı (Bakı vaxtı ilə):
Türkiyə Superliqası
21:00 “Trabzonspor” - “Beşiktaş”
İngiltərə Premyer Liqası
23:00 “Tottenhem” - “Koventri Siti”
İspaniya La Liqası
23:00 “Xetafe” - “Rayo Valyekano”
İtaliya A Seriyası
20:30 “Montsa” - “Kalyari”
22:45 “Parma” - “Torino”
