Ueyn Runi “Liverpul”un baş məşqçisi Arne Slotu tənqid edib.
İdman.biz bildirir ki, “Liverpul” Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a 1:0 hesabı ilə uduzub.
“Düşünürəm ki, “Liverpul” həqiqətən zəif oynadı. Məni narahat edən odur ki, onlar uduzduqları zaman Slot bütün hücumçularına oyuna buraxaraq “gedin, özünüz həll edin” kimi bir şey deyib.
Yəni, müdafiədə topu neçə dəfə itirdiklərini və əks-hücumlara məruz qaldıqlarını, üstəlik Alissonun zədəsini nəzərə alsaq, oyun “Liverpul” üçün daha da pis nəticələnə bilərdi.
Düşünürəm ki, çempionluq qazananda bəzən müəyyən qərarlar diqqətdən kənarda qalır. Mən onun Soboslai və Frimponq barədə qərarlarını nəzərdə tuturam. Amorim bunu “Mançester Yunayted”də etsəydi, onu məhv edərdilər”, - Runi deyib.