“Barselona”dan yeni rekord - Klub 45 oyundur meydançanı qolsuz tərk etmir

Xəbərlər
2 Oktyabr 2025 00:47
34
“Barselona”dan yeni rekord - Klub 45 oyundur meydançanı qolsuz tərk etmir

“Barselona”nın Çempionlar Liqasının 2025/26 mövsümündə PSJ-yə qarşı matçda vurduğu qol klubun yeni rekordudur.

PSJ ilə matçda “Barselona”nın yarımmüdafiəçisi Ferran Torres 19-cu dəqiqədə Markus Reşfordun ötürməsindən sonra fərqlənib.

İdman.biz “Opta Sports”a istinadən bildirir ki, bununla klub bütün yarışlarda ardıcıl 45 matçda qol vurub.
Sonuncu dəfə “Barselona” 1942-1944-cü illər arasında ardıcıl 44 matçda qol vurub.

Çempionlar Liqasının son oyununda Kataloniya komandası “Nyukasl”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Bu mövsüm “Barselona” 7 oyundan sonra 19 xalla La Liqa cədvəlində birinci yerdədir.

İdman.biz