“Liverpul” İngiltərə Premyer Liqasının 6-cı turunda “Kristal Pelas” qonağı olub.
İdman.biz bildirir ki, oyun Londonun “Selherst Park” stadionunda baş tutub.
Görüşün 9-cu dəqiqəsində İsmayıla Sarr meydan sahiblərini hesabda önə keçirib.
87-ci dəqiqədə Federiko Kyesa hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə Eddi Nketia qələbə qolunu vurub – 2:1.
Bu çempionatda “Liverpul”un ilk məğlubiyyətidir. Mersisaydlıların 6 oyundan sonra 15 xalları var. “Kristal Pelas” 12 xalla ikinci yerdədir.