“Çelsi” azlıqda qalaraq “Brayton”a məğlub olub - VİDEO

Xəbərlər
27 Sentyabr 2025 20:51
42
“Çelsi” azlıqda qalaraq “Brayton”a məğlub olub - VİDEO

İngiltərə Premyer Liqasında 6-cı turun oyununda “Çelsi” “Brayton”u qəbul edib.

İdman.biz-in məlumatına görə, Fernandes 24-cü dəqiqədə londonluları hesabda önə keçirib. İlk hissə bu hesabla qurtarıb.

İkinci hissədə “Çelsi”dən Çaloba 53-cü dəqiqədə meydandan qovulub.

77-ci dəqiqədə Denni Uelbek bərabərlik qolunu vurub. Daha sonra 90+2-ci dəqiqədə Maksim De Keyper qonaqların ikinci qolunu vurub. 90+10-cu dəqiqədə Uelbek ikinci dəfə fərqlənib – 1:3.

Bu oyundan sonra "Çelsi" səkkiz xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində yeddinci yerdə qərarlaşıb. “Brayton” səkkiz xalla 10-cu yerdədir.

İdman.biz