Amerika Birləşmiş Ştatları milli komandasının hücumçusu Folarin Baloqun 2026-cı il dünya çempionatında qırmızı vərəqəsinin ləğv edilməsi qərarına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, FIFA İntizam Komitəsi hücumçunun Bosniya və Herseqovina ilə 1/16 final matçında (2:0) meydandan qovulmasına görə bir oyunluq cəzasını dayandırıb və ona 1/8 finalda Belçika ilə (1:4) oyunda oynamağa icazə verib. ABŞ prezidenti Donald Tramp daha sonra bu məsələ ilə bağlı FİFA prezidenti Canni İnfantino ilə danışdığını təsdiqləyib.
"İlk reaksiyam komandaya qayıtdığım üçün sevinc idi, amma sonra düşünəndə bunun çox mübahisəyə səbəb olacağını anladım. Komanda yoldaşlarımın bir az əsəbiləşdiyini görə bilirdim, çünki bu, tamamilə unikal bir şey idi. Oyuna nə qədər yaxınlaşdıqca, bir o qədər çox diqqətimi ona yönəltməyə çalışdım, amma bu çətin idi; o qədər çox kənar səs-küy var idi ki, bundan qaçmaq çətin idi", - deyə Baloqun CBS News-a bildirib.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində Meksika, Kanada və ABŞ-da keçirilir. Argentina hazırkı çempiondur
