Mbappe qalmaqalı böyüyür: Paraqvayda müqəvvası yandırıldı - VİDEO

9 İyul 2026 11:32
68
Mbappe qalmaqalı böyüyür: Paraqvayda müqəvvası yandırıldı - VİDEO

Futbol üzrə Fransa milli komandasının kapitanı Kilian Mbappe DÇ-2026-da Paraqvayla oyundan sonra qalmaqalın mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, Paraqvayda keçirilən ənənəvi San-Xuan festivalında 27 yaşlı futbolçunun müqəvvası yandırılıb.

Hadisə Fransanın DÇ-2026-nın 1/8 finalında Paraqvayı 1:0 hesabı ilə məğlub etməsinə görə baş verib. Qarşılaşmada yeganə qolu penalti zərbəsindən Mbappe vurub.

Məlumata görə, festival zamanı fransalı hücumçunun müqəvvası “ilin İudası” elan olunub. Daha sonra fiqur atəşfəşanlıq və tamaşaçıların alqışları altında yandırılıb.

Qalmaqal bununla bitməyib. Paraqvay senatoru Seleste Amarilla da sosial şəbəkədə Mbappe barədə irqçi və təhqiramiz fikirlər səsləndirib.

Fransalı futbolçu isə ona cavabında senatoru tutduğu vəzifəyə layiq olmayan şəxs adlandırıb. Fransa Futbol Federasiyası da Amarillanın açıqlamalarını pisləyib.

Qeyd edək ki, Fransa Paraqvayı məğlub edərək DÇ-2026-nın dörddəbir finalına yüksəlib və bu axşam Bakı vaxtı ilə saat 23:59-da Mərakeş millisi ilə qarşılaşacaq.

İdman.Biz