Braziliyalı yarımmüdafiəçi Lukas Paketa DÇ-2026-da zədələnib

30 İyun 2026 21:45
79
Braziliyalı yarımmüdafiəçi Lukas Paketa DÇ-2026-da zədələnib

Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketanın tibbi müayinədən sonra sol bud əzələsindən zədə aldığını təsdiqlənib.

İdman.Biz xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidmətinin məlumat yayıb.

“Oyunçu Braziliya milli komandasının tibbi heyətinin nəzarəti altında intensiv müalicə alacaq və tezliklə sağalmaq və məşqlərə qayıtmaq məqsədi güdür”, - məlumatda deyilir.

Oyunçu 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Yaponiyaya qarşı (2:1) matçda narahatlıq keçirib. Paketa ilk hissənin son dəqiqələrində axsamağa başlayıb və fasilədən sonra 46-cı dəqiqədə Endriklə əvəzlənib.

İdman.Biz