DR Konqo yığması futbol üzrə 2026-cı il dünya çempionatının K qrupunun son turunda Özbəkistana qalib gəlib.
İdman.Biz xəbər verir ki, Atlantada keçirilən qarşılaşma Afrika təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna Özbəkistan daha yaxşı başlayıb. 10-cu dəqiqədə Eldor Şomurodov fərqlənərək komandasını hesabda önə keçirib. Debüt mundialında çıxış edən Özbəkistan üçün bu, turniri müsbət notla başa vurmaq imkanı idi.
Lakin fasilədən sonra DR Konqo oyunun gedişini tam dəyişib. 68-ci dəqiqədə Yoan Vissa penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 78-ci dəqiqədə Fiston Mayele Konqonu önə keçirib. Əlavə vaxtda isə Vissa dublunu rəsmiləşdirərək yekun hesabı müəyyənləşdirib - 3:1.
Bu qələbə DR Konqo üçün tarixi olub. Komanda dünya çempionatlarında ilk qələbəsini qazanıb və ilk dəfə pley-off mərhələsinə yüksəlib. Konqolular 1/16 finalda İngiltərə ilə qarşılaşacaqlar.
K qrupunda Kolumbiya 7 xalla birinci, Portuqaliya 5 xalla ikinci olub. DR Konqo 4 xalla üçüncü yeri tutaraq ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə adlayıb. Özbəkistan isə debüt dünya çempionatını xalsız başa vurub.
