Ronaldu mundiallarda bir ilkə imza ataraq Messini qabaqlayıb

23 İyun 2026 22:58
99
Ronaldu mundiallarda bir ilkə imza ataraq Messini qabaqlayıb

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu dünya çempionatında Özbəkistanla qrup mərhələsinin ikinci tur matçında iki qol vurub.

İdman.Biz xəbər verir ki, bu, 41 yaşlı Ronaldunun qol vurduğu altıncı mundialdır.

Beləliklə, Ronaldu dünya çempionatlarında vurduğu qolların sayını 10-a çatdırıb. DÇ-2006-da Ronaldu altı matçda bir qol vurub. Dörd il sonra o, dörd matçda bir qol vurub. 2014-cü il turnirində portuqaliyalı üç matçda bir qola imza atıb, DÇ-2018-də isə dörd matçda dörd dəfə fərqlənib. 2022-ci ildə Ronaldu beş matçda bir qol vurub.

Altı dünya çempionatında oynayan ikinci oyunçu Lionel Messidir, lakin argentinalı 2010-cu ildə turniri qolsuz tərk edib.

İdman.Biz