Advokat tarixi xaldan danışdı: “Nəticəni qorumağı bacardıq”

21 İyun 2026 09:31
109
Advokat tarixi xaldan danışdı: “Nəticəni qorumağı bacardıq”

Futbol üzrə DÇ-2026-nın E qrupunda Kürasao millisi tarixində ilk dəfə mundialda xal qazanıb.

İdman.Biz xəbər verir ki, Dik Advokatın rəhbərlik etdiyi komanda ikinci turun oyununda Ekvadorla qolsuz heç-heçə edib. Qarşılaşma ABŞ-nin Kanzas-Siti şəhərində keçirilib.

Oyundan sonra Kürasao millisinin baş məşqçisi Dik Advokat nəticəni komandasının meydandakı mübarizəsi ilə əlaqələndirib. Niderlandlı mütəxəssis futbolçularının sona doğru yorulduğunu, amma hesabı qorumağı bacardıqlarını bildirib:

“Düşünürəm ki, oyunumuz baxımından həqiqətən əla matç oldu. Sonda futbolçuların ayaqlarında yorğunluq hiss olunurdu. Xoşbəxtlikdən nəticəni saxlaya bildik. Bu, layiqli nəticə idi, çünki bizim də qol vurmaq imkanlarımız oldu. Ona görə də yaxşı oyun alındı”.

Qeyd edək ki, Kürasao ilk turda Almaniyaya 1:7 hesabı ilə məğlub olub. Buna baxmayaraq, komanda Ekvadorla heç-heçədən sonra pley-off şansını qoruyur.

Kürasao qrup mərhələsinin son turunda 25 iyunda Kot-d'İvuarla qarşılaşacaq. Həmin gün Ekvador Almaniya ilə üz-üzə gələcək.

İdman.Biz