DÇ-2026: İsveç Niderlandla oyunda fərqi azaldır - YENİLƏNİR + VİDEO

20 İyun 2026 22:22
148
DÇ-2026: İsveç Niderlandla oyunda fərqi azaldır

Niderland - İsveç matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 59-cu dəqiqədə Entoni Elanqa İsveçin oyunda ilk qolunu vurub.

21:17

Niderland - İsveç matçında dördüncü qol vurulub.

İdman.Biz bildirir ki, Kodi Qakpo 54-cü dəqiqədə hesabı 4:0 edib.

Qeyd edək ki, bu hazırkı dünya çempionatında vurulan 100-cü qoldur.

22:10

Niderland - İsveç matçında üçüncü qol vurulub.

İdman.Biz bildirir ki, Kodi Qakpo 47-ci dəqiqədə hesabı 3:0 edib.

22:07

Niderland - İsveç matçında ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra Niderland 2:0 irəlidədir.

21:51

Niderland - İsveç matçında ilk yarı başa çatıb.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra Niderland 2:0 irəlidədir.

21:18

Niderland - İsveç matçında daha bir qol vurulub.

İdman.Biz bildirir ki, 17-ci dəqiqədə Brayan Brobbi ikinci qolunu vurub - 2:0.

21:07

Niderland - İsveç matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 6-cı dəqiqədə Brayan Brobbi Niderlandı irəli çıxarıb.

21:00

Futbol üzrə dünya çempionatında F qrupunda oyunlara start verilir.

İdman.Biz bildirir ki, ilk olaraq Niderland və İsveç milliləri üz-üzə gəlirlər.

Oyun ABŞ-ın Hyuston şəhərindəki NRG stadionunda keçirilir. Baş hakim ingiltərəli Maykl Oliverdir.

F qrupunun ilk turunda Niderland Yaponiya ilə heç-heçə edib (2:2), İsveç isə Tunisi məğlub edib (5:1). Son turda Niderland Tunislə (26 iyun), İsveç isə Yaponiya ilə (həmçinin 26 iyunda) qarşılaşacaq

İdman.Biz