Rafinyanın mundialda oynaması sual altına düşüb

20 İyun 2026 16:06
93
Rafinyanın mundialda oynaması sual altına düşüb

Braziliya millisinin hücumçusu Rafinya dünya çempionatının qrup mərhələsinin II turunda Haiti ilə matçda zədələnib.

İdman.Biz xəbər verir ki, futbolçu braziliyalıların 3:0 hesablı qələbəsi ilə başa çatan görüşün ilk hissəsində əvəzlənib.

Braziliya millisində Rafinyanın zədə səbəbindən meydanı tərk etdiyi təsdiqlənib. İlkin məlumata görə, söhbət futbolçunu dünya çempionatının startı ərəfəsində də narahat edən eyni zədədən gedir.

Oyunçunun dəqiq diaqnozu və bərpa müddəti yaxın 24 saat ərzində keçəcəyi tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, Haiti ilə qarşılaşmada fasiləyədək əvəzlənən Rafinyanın durumu Braziliya millisinin qrup mərhələsində Şotlandiyaya qarşı keçirəcəyi son oyun öncəsi əsas narahatlıq mənbələrindən birinə çevrilib.

İdman.Biz
Məqalədə: