DÇ-2026 zamanı insident: sərxoş sürücü altı meksikalı azarkeşi vurdu - VİDEO

20 İyun 2026 17:22
90
DÇ-2026 zamanı insident: sərxoş sürücü altı meksikalı azarkeşi vurdu - VİDEO

DÇ-2026 zamanı xoşagəlməz hadisə baş verib. Meksikanın Çiuaua şəhərində sərxoş sürücü altı azarkeşi avtomobillə vurub.

İdman.Biz xəbər verir ki, insident Meksika millisinin Cənubi Koreya üzərində qələbəsini qeyd edən azarkeşlərin toplandığı küçədə qeydə alınıb.

Məlumata görə, sürücü insanların bayram etdiyi ərazidən avtomobillə keçməyə cəhd edib və nəticədə altı nəfəri vurub.

Hadisə zamanı xəsarət alan azarkeşlər xəstəxanaya çatdırılıb. Qəzanı törədən şəxs isə hadisə yerindən qaçmağa çalışsa da, qısa müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

İdman.Biz